Logo

Qiymətləndirmə fəaliyyətinə dair qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunub

Oktyabrın 20-də Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi (Mərkəz) və Azərbaycan Qiymətləndiricilər Palatasının (Palata) nümayəndələri arasında növbəti görüş keçirilib.

Palatadan verilən məlumata görə, görüşdə “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı mövcud hüquqi problemlər və qanunvericilikdəki boşluqlar, habelə qiymətləndirmə fəaliyyətinin hüquqi tənzimlənməsinin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda Palatanın sifarişi əsasında Mərkəz tərəfindən aparılmış hüquqi tədqiqatın nəticələri nəzərdən keçirilib və irəli sürülmüş təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Onların hüquqi əsasları və qanunvericilikdə əks etdirilməsi imkanları qiymətləndirilib.

Qeyd edək ki, Mərkəz və Palata arasında bağlanmış müqaviləyə əsasən, Mərkəz tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər layihəsinin və müvafiq əsaslandırma sənədinin hazırlanması istiqamətində işlər davam etdirilir.

Fotolar