İctimaiyyətlə Əlaqəlar və kommunikasiya departamentinin rəhbəri

Şəkil

Ad: Azər Niftiyev Ağaddin oğlu

Vəzifə: İctimaiyyətlə Əlaqəlar və kommunikasiya departamentinin rəhbəri

Haqqında

2002-ci ildə Bakı Dövlət Universitetini bakalavr, 2004-cü ildə magistr dərəcələri üzrə bitirib.

1998-ci ildən aktiv ictimai, 2005-ci ildən peşəkar jurnalist fəaliyyəti ilə məşğuldur. Ölkənin aparıcı qəzetlərində rəhbər vəzifələr daşıyıb. Qaynar.info, Aktual.az, Aznews.az, Sosium.az portallarının baş redaktoru, Tebib.az və Klinika.az layihələrinin rəhbəri, “Ayna-Zerkalo” qəzetinin müəllif yazarı, Trend informasiya agentliyinin baş redaktor müavini olub.

Rəhbərlik etdiyi Sosial Media Mərkəzi və Azərbaycan Biznes Kommunikasiya Mərkəzi PR, media, lobbiçilik, marketinq, sosioloji sorğular, seçki texnologiyası istiqamətində fəaliyyət göstərir. Dövlət qurumlarına və biznes subyektlərinə qeyd olunan xidmətləri göstərir. Milli Məclisin 10-dan artıq deputatının mətbuat məsələləri üzrə köməkçisi, assosiativ təşkilatlarda, biznes subyektlərində və tibb mərkəzlərində kommunikasiya və marketinq üzrə müşavir postlarında çalışıb.