Logo
Ana səhifəyə qayıt
AQP İndeksi May 2026

May 2026 üzrə Daşınmaz Əmlak Bazarı Hesabatı

Baza: Dekabr 2025 = 100

106

AQP İndeksi

+6%

Ümumi dəyişmə

2.750

Median (AZN/m²)

110-150

Satış müddəti (gün)

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin may ayı üzrə apardığı bazar monitorinqinin nəticələrinə əsasən, daşınmaz əmlak bazarında ümumi artım tendensiyası davam etmişdir.

Likvidlik müqayisə cədvəli

Seqment Baza median Cari median İndeks Dəyişmə Satış müddəti Diskont Likvidlik
Yeni tikili 2.708 2.750 104.2 +4.2% — gün Yüksək
Köhnə tikili 0 2.585 102.6 +2.6% — gün Yüksək
Həyət evləri 0 660 103.1 +3.1% — gün Yüksək
Premium zonalar 3.600 3.700 102.8 +2.8% 110-150 gün 7.0-10.0% Aşağı
Kommersiya 0 2.940 100.8 +0.8% — gün Orta
Torpaq 0 15.464 116.0 +16.0% — gün Yüksək
Qaraj 1.278 1.400 109.5 +9.5% — gün Aşağı

Nəticə

Azərbaycan daşınmaz əmlak bazarı 2026-cı ilin ikinci rübündə sağlam və balanslı inkişafını davam etdirir. Sürətli qiymət sıçrayışlarından uzaqlaşaraq daha dayanıqlı artım mərhələsinə keçid müşahidə olunur.

Yeni tikili

May 2026 · İndeks 104.2

Median
2.750 AZN/m²
Dəyişmə
+4.2%
Satış müddəti
— gün
Diskont

Statistik göstəricilər

Median
2.750 AZN/m²
Orta
2.809
Çəkili orta
2.780
95% interval
2.790 – 2.825

AQP Yeni Tikili Mənzil İndeksi (May 2026) = 104.2 (Baza Dekabr 2025 = 100)

Təfsir

Median, orta və orta çəkili qiymətlərin bir-birinə çox yaxın olması bazarın struktur baxımından balanslı olduğunu və qiymətlərin ayrı-ayrı bahalı obyektlər tərəfindən ciddi təhrif olunmadığını göstərir. Etibarlıq intervalının 2 790–2 825 AZN/m² diapazonunda formalaşması bazarın yüksək konsistensiyaya malik olduğunu təsdiqləyir.

Təsvir

2026-cı ilin may ayında Bakı şəhərinin yeni tikili mənzil bazarı sabit və davamlı inkişaf tempini qoruyaraq əsas referens seqment kimi mövqeyini saxlamışdır. Təmirli mənzillərdə median qiymət 2 800 AZN/m² olduğu halda, təmirsiz mənzillərdə bu göstərici 2 200 AZN/m² təşkil etmişdir; təmir faktoru bazar dəyərinə orta hesabla 20–25% əlavə təsir göstərir. Tikinti xərclərinin artması və torpaq qiymətlərinin yüksəlməsi qiymətləri dəstəkləyən əsas amillərdir.

Köhnə tikili

May 2026 · İndeks 102.6

Median
2.585 AZN/m²
Dəyişmə
+2.6%
Satış müddəti
— gün
Diskont

Statistik göstəricilər

Median
2.585 AZN/m²
Orta
2.595
Çəkili orta
0
Moda
2.500

AQP Köhnə Tikili Mənzil İndeksi (May 2026) = 102.6 (Baza Dekabr 2025 = 100)

Təfsir

Median və orta qiymətlər arasındakı fərqin cəmi 10 AZN olması bazarın yüksək dərəcədə balanslaşdığını göstərir. Moda göstəricisinin 2 500 AZN/m² olması isə bazarda ən çox əməliyyatların məhz bu qiymət diapazonunda baş verdiyini təsdiq edir.

Təsvir

May ayında köhnə tikili mənzil bazarı sabit inkişaf tempini qoruyaraq balanslı bazar mərhələsində fəaliyyət göstərmişdir. Bazar kəskin yüksəliş mərhələsindən çıxaraq daha sabit və proqnozlaşdırılan trayektoriyaya daxil olmuşdur. Təmirli mənzillərdə median qiymət 2 600 AZN/m² olduğu halda, təmirsizlərdə 2 050 AZN/m²-dir; təmir faktoru qiymətə orta hesabla 20–25% əlavə dəyər yaradır.

Həyət evləri

May 2026 · İndeks 103.1

Median
660 AHU
Dəyişmə
+3.1%
Satış müddəti
— gün
Diskont

Statistik göstəricilər

Median
660 AHU
Orta
675
Çəkili orta
671
Moda
560
95% interval
665 – 685

AQP Həyət Evləri İndeksi (May 2026) = 103.1 (Baza Dekabr 2025 = 100)

Təfsir

Median, orta və orta çəkili göstəricilərin bir-birinə yaxın olması bazarın yüksək dərəcədə balanslı olduğunu göstərir. Moda göstəricisinin 560 AHU olması bazarda ən çox satılan evlərin aşağı və orta qiymət seqmentində cəmləşdiyini təsdiqləyir.

Təsvir

May ayında fərdi yaşayış evləri bazarı sabitləşmə prosesinə daxil olmuşdur. Aprel ayı ilə müqayisədə artım tempi 0.6%-ə qədər zəifləmişdir. Analiz göstərir ki, əsas qiymət formalaşdırıcı amil tikilinin özü deyil, torpaq sahəsidir. AQP tərəfindən tətbiq edilən AHU modelində torpaq komponenti dominant dəyişən kimi qəbul edilir. Orta torpaq sahəsi 5.8 sot səviyyəsində sabit saxlanılmışdır.

Premium zonalar

May 2026 · İndeks 102.8

Median
3.700 AZN/m²
Dəyişmə
+2.8%
Satış müddəti
110-150 gün
Diskont
7.0-10.0%

Təsvir

Premium və mərkəzi zonalarda isə tam fərqli bazar davranışı müşahidə olunur. Bu seqmentdə median qiymətlər 3.600–4.200 AZN/m² intervalında formalaşır və artım tempi 2–3% səviyyəsində qalır. Likvidlik göstəriciləri isə aşağıdır, obyektlərin satış müddəti əksər hallarda 110–150 gün təşkil edir. Bu seqmentdə təklif qiyməti ilə real satış qiyməti arasındakı fərq 7–10%-ə qədər yüksələ bilər. Bu göstəricilər bazarın doyma mərhələsinə daxil olduğunu və alıcıların daha seçici davrandığını göstərir. (⚠️ Mətn aprel hesabatındandır — may premium sənədi yoxdur.)

Kommersiya

May 2026 · İndeks 100.8

Median
2.940 AZN/m²
Dəyişmə
+0.8%
Satış müddəti
— gün
Diskont

Alt-seqmentlər

Ticarət obyektləri
Ofislər
Anbarlar

Statistik göstəricilər

Median
2.940 AZN/m²
Orta
3.120
Çəkili orta
960
Min – Max
120 – 7.600

AQP Kommersiya İndeksi (May 2026) = 100.8 (Baza Dekabr 2025 = 100)

Təfsir

Orta qiymətin median göstəricidən yüksək olması premium ticarət və ofis obyektlərinin bazar statistikalarını yuxarı çəkməsi ilə izah olunur. Orta çəkili qiymətin 960 AZN/m² səviyyəsində olması bazarda iri sahəli obyektlərin əhəmiyyətli paya malik olduğunu göstərir. Minimum və maksimum qiymətlər arasındakı kəskin fərq (120 - 7 600 AZN/m²) müxtəlif təyinatlı obyektlərin yüksək heterogenliyini təsdiq edir.

Təsvir

May ayında kommersiya daşınmaz əmlakı bazarı sabit inkişaf mərhələsində olmuş və minimal artım nümayiş etdirmişdir. Ən yüksək median qiymət ofis seqmentində (3 200 AZN/m²), ticarətdə 2 900 AZN/m², anbarlarda isə 950 AZN/m² təşkil etmişdir. AQP metodologiyasına əsasən ticarətə 50%, ofislərə 35%, anbarlara 15% strateji çəki verilərək Kompozit AQP Kommersiya İndeksi 2 700 AZN/m² olaraq hesablanmışdır.

Torpaq

May 2026 · İndeks 116.0

Median
15.464 AZN/sot
Dəyişmə
+16.0%
Satış müddəti
— gün
Diskont

Statistik göstəricilər

Median
15.464 AZN/sot
Orta
20.900
Çəkili orta
6.500

AQP Torpaq İndeksi (May 2026) = 116.0 (Baza Ötən İlin Sonu = 100)

Təfsir

Orta qiymətin 20 900 AZN/sot olması premium torpaq sahələrinin bazar göstəricilərinə ciddi təsir etdiyini göstərir. Orta çəkili qiymətin 6 500 AZN/sot səviyyəsində olması isə iri sahəli torpaq massivlərinin əsasən aşağı qiymət zonalarında yerləşdiyini və bazarın yüksək struktur fərqliliyinə (heterogenliyə) malik olduğunu təsdiqləyir.

Təsvir

2026-cı ilin may ayında Bakı şəhərinin torpaq bazarı daşınmaz əmlak sektorunun ən dinamik seqmentlərindən biri olmuşdur. Premium və periferiya zonalara arasındakı qiymət fərqi bəzi hallarda 20–30 dəfə təşkil edir. Artımın əsas səbəbləri development layihələri üçün torpaq sahələrinə tələbin yüksəlməsi, kommersiya tikintisi məqsədli alışlar və strateji aktiv kimi investorların marağıdır.

Qaraj

May 2026 · İndeks 109.5

Median
1.400 AZN/m²
Dəyişmə
+9.5%
Satış müddəti
— gün
Diskont

Statistik göstəricilər

Median
1.400 AZN/m²
Orta
1.580
Çəkili orta
1.500
95% interval
1.320 – 1.520

AQP Qaraj İndeksi (May 2026) = 109.5 (Baza Dekabr 2025 = 1278 AZN/m²)

Təfsir

Orta və orta çəkili qiymətlərin bir-birinə yaxın olması bazarda sahə amilinin ciddi təhrif yaratmadığını və qiymətlərin əsasən lokasiya və keyfiyyət faktorları ilə formalaşdığını göstərir. 95%-lik etibar intervalının 1 320–1 520 AZN/m² diapazonunda formalaşması indeksin statistik baxımdan etibarlı olduğunu təsdiqləyir.

Təsvir

2026-cı ilin may ayında qaraj sahələri bazarı daşınmaz əmlak sektorunun ən sürətlə artan alt-seqmentlərindən biri olmuşdur. Qaraj bazarı məhdud həcmli və aşağı likvidli olduğundan, qısamüddətli dövrlərdə qiymət dalğalanmaları kəskin ola bilir. Artımın əsas səbəbləri mərkəzi rayonlarda parklanma yerlərinin çatışmazlığı və yeni layihələrdə qarajların ayrıca investisiya obyekti kimi qiymətləndirilməsidir.

Rayonlar üzrə qiymət

Yaşayış mənzilləri (ümumi bazar) — Median qiymət

Premium

Nərimanov
980 – 980 AZN/m² (yüksək likvidlik)
Səbail
940 – 940 AZN/m² (yüksək likvidlik)
Xətai
860 – 860 AZN/m² (yüksək likvidlik)
Səbail
16 – 20 AZN/m² (orta likvidlik)
Nəsimi
14 – 18 AZN/m² (orta likvidlik)
Nərimanov
14 – 17 AZN/m² (orta likvidlik)
Nərimanov
2.900 – 2.900 AZN/m² (yüksək likvidlik)
Səbail
2.850 – 2.850 AZN/m² (yüksək likvidlik)
Yasamal
2.840 – 2.840 AZN/m² (yüksək likvidlik)
Nəsimi
2.740 – 2.740 AZN/m² (yüksək likvidlik)
Səbail
18 – 25 AZN/m² (orta likvidlik)
Nəsimi
18 – 25 AZN/m² (orta likvidlik)
Nərimanov
18 – 25 AZN/m² (orta likvidlik)
Səbail
2.000 – 2.000 AZN/m² (yüksək likvidlik)
Nərimanov
1.700 – 1.700 AZN/m² (yüksək likvidlik)
Yasamal
1.550 – 1.550 AZN/m² (yüksək likvidlik)
Nəsimi
1.480 – 1.480 AZN/m² (yüksək likvidlik)
Nərimanov
200.000 – 200.000 AZN/m² (yüksək likvidlik)
Nizami
62.000 – 62.000 AZN/m² (yüksək likvidlik)
Xətai
57.000 – 57.000 AZN/m² (yüksək likvidlik)
Səbail
55.000 – 55.000 AZN/m² (yüksək likvidlik)
Xətai
3.900 – 3.900 AZN/m² (orta likvidlik)
Nəsimi
3.700 – 3.700 AZN/m² (orta likvidlik)
Nərimanov
3.550 – 3.550 AZN/m² (orta likvidlik)
Səbail
3.350 – 3.350 AZN/m² (orta likvidlik)
Yasamal
3.200 – 3.200 AZN/m² (orta likvidlik)
Nərimanov
13 – 18 AZN/m² (yüksək likvidlik)
Nəsimi
13 – 18 AZN/m² (yüksək likvidlik)
Nərimanov
3.200 – 3.200 AZN/m² (yüksək likvidlik)
Nəsimi
3.050 – 3.050 AZN/m² (yüksək likvidlik)
Səbail
2.800 – 2.800 AZN/m² (yüksək likvidlik)
Yasamal
2.750 – 2.750 AZN/m² (yüksək likvidlik)

Orta-Yüksək

Yasamal
750 – 750 AZN/m² (yüksək likvidlik)
Binəqədi
720 – 720 AZN/m² (yüksək likvidlik)
Nizami
705 – 705 AZN/m² (yüksək likvidlik)
Xətai
13 – 16 AZN/m² (orta likvidlik)
Yasamal
12 – 15 AZN/m² (orta likvidlik)
Binəqədi
11 – 14 AZN/m² (orta likvidlik)
Nizami
2.560 – 2.560 AZN/m² (yüksək likvidlik)
Binəqədi
2.520 – 2.520 AZN/m² (yüksək likvidlik)
Xətai
2.400 – 2.400 AZN/m² (yüksək likvidlik)
Yasamal
15 – 20 AZN/m² (orta likvidlik)
Xətai
15 – 20 AZN/m² (orta likvidlik)
Xətai
1.320 – 1.320 AZN/m² (yüksək likvidlik)
Nizami
1.250 – 1.250 AZN/m² (yüksək likvidlik)
Binəqədi
1.200 – 1.200 AZN/m² (yüksək likvidlik)
Binəqədi
43.000 – 43.000 AZN/m² (yüksək likvidlik)
Xəzər
26.000 – 26.000 AZN/m² (yüksək likvidlik)
Nizami
2.900 – 2.900 AZN/m² (orta likvidlik)
Binəqədi
2.350 – 2.350 AZN/m² (orta likvidlik)
Xırdalan
2.100 – 2.100 AZN/m² (orta likvidlik)
Yasamal
11 – 15 AZN/m² (yüksək likvidlik)
Səbail
11 – 15 AZN/m² (yüksək likvidlik)
Xətai
11 – 15 AZN/m² (yüksək likvidlik)
Xətai
2.650 – 2.650 AZN/m² (yüksək likvidlik)
Nizami
2.630 – 2.630 AZN/m² (yüksək likvidlik)
Binəqədi
2.580 – 2.580 AZN/m² (yüksək likvidlik)

Orta

Sabunçu
625 – 625 AZN/m² (yüksək likvidlik)
Suraxanı
600 – 600 AZN/m² (yüksək likvidlik)
Xəzər
575 – 575 AZN/m² (yüksək likvidlik)
Nizami
10 – 13 AZN/m² (orta likvidlik)
Sabunçu
9 – 12 AZN/m² (orta likvidlik)
Suraxanı
8 – 11 AZN/m² (orta likvidlik)
Sabunçu
2.260 – 2.260 AZN/m² (yüksək likvidlik)
Suraxanı
2.000 – 2.000 AZN/m² (yüksək likvidlik)
Qaradağ
1.900 – 1.900 AZN/m² (yüksək likvidlik)
Sumqayıt
1.700 – 1.700 AZN/m² (yüksək likvidlik)
Nizami
12 – 16 AZN/m² (orta likvidlik)
Binəqədi
12 – 16 AZN/m² (orta likvidlik)
Sabunçu
15.000 – 15.000 AZN/m² (yüksək likvidlik)
Suraxanı
13.500 – 13.500 AZN/m² (yüksək likvidlik)
Sabunçu
1.950 – 1.950 AZN/m² (orta likvidlik)
Sumqayıt
1.750 – 1.750 AZN/m² (orta likvidlik)
Abşeron
1.620 – 1.620 AZN/m² (orta likvidlik)
Nizami
9 – 12 AZN/m² (yüksək likvidlik)
Binəqədi
9 – 12 AZN/m² (yüksək likvidlik)
Xəzər
2.300 – 2.300 AZN/m² (yüksək likvidlik)
Suraxanı
2.100 – 2.100 AZN/m² (yüksək likvidlik)

Aşağı

Abşeron
520 – 520 AZN/m² (yüksək likvidlik)
Qaradağ
470 – 470 AZN/m² (orta likvidlik)
Abşeron
7 – 10 AZN/m² (orta likvidlik)
Qaradağ
6 – 9 AZN/m² (yüksək likvidlik)
Abşeron
1.650 – 1.650 AZN/m² (yüksək likvidlik)
Qaradağ
8 – 12 AZN/m² (orta likvidlik)
Suraxanı
8 – 12 AZN/m² (orta likvidlik)
Suraxanı
1.050 – 1.050 AZN/m² (yüksək likvidlik)
Sabunçu
1.000 – 1.000 AZN/m² (yüksək likvidlik)
Abşeron
8.500 – 8.500 AZN/m² (yüksək likvidlik)
Qaradağ
7.500 – 7.500 AZN/m² (yüksək likvidlik)
Suraxanı
1.350 – 1.350 AZN/m² (orta likvidlik)
Xəzər
1.000 – 1.000 AZN/m² (orta likvidlik)
Abşeron
6 – 10 AZN/m² (yüksək likvidlik)
Xırdalan
6 – 10 AZN/m² (yüksək likvidlik)
Sumqayıt
1.850 – 1.850 AZN/m² (yüksək likvidlik)
Xırdalan
1.650 – 1.650 AZN/m² (yüksək likvidlik)
Qaradağ
1.600 – 1.600 AZN/m² (yüksək likvidlik)
Abşeron
1.450 – 1.450 AZN/m² (yüksək likvidlik)

Spesifik

Bakı (Mərkəz)
17 – 20 AZN/m² (yüksək likvidlik)
Bakı (Mərkəz)
15 – 18 AZN/m² (orta likvidlik)
Bakı (Periferiya)
6 – 10 AZN/m² (aşağı likvidlik)
Bakı (Mərkəz)
3.200 – 3.200 AZN/m² (orta likvidlik)
Bakı (Mərkəz)
2.900 – 2.900 AZN/m² (orta likvidlik)
Bakı (Periferiya)
950 – 950 AZN/m² (aşağı likvidlik)
Ağ Şəhər
3.900 – 3.900 AZN/m² (yüksək likvidlik)
Port Baku
4.000 – 4.000 AZN/m² (yüksək likvidlik)

Kirayə / İcarə bazarı

Aylıq kirayə/icarə indeksləri (baza dövrü = 100)

Yeni tikili (kirayə)

İndeks
101.6
Dəyişmə
+1.6%
Median
11.0 AZN/m²
Rayonlar üzrə
Premium: Nərimanov, Nəsimi (13–18 AZN/m²) | Aktiv/İnvestisiya: Yasamal, Səbail, Xətai (11–15 AZN/m²) | Kütləvi Seqment: Nizami, Binəqədi (9–12 AZN/m²) | Aşağı/Əlçatan: Abşeron, Xırdalan (6–10 AZN/m²)
Təmir təsiri
Təmirli median: 11.5–12 AZN/m²; Təmirsiz median: 9–10 AZN/m². Təmir faktoru kirayə qiymətinə təxminən 15–20% təsir edir.
2026-cı ilin may ayında yeni tikili mənzillərin kirayə bazarı yüksək sabitlik və tələb-təklif balansı nümayiş etdirmişdir. Təmirli mənzillərdə median kirayə haqqı 11.5–12 AZN/m² olduğu halda, təmirsiz mənzillərdə bu göstərici 9–10 AZN/m² təşkil etmişdir; təmir faktoru kirayə qiymətlərinə orta hesabla 15–20% əlavə dəyər yaradır. Premium layihələr bazarın yuxarı hissəsini müəyyən etsə də, ümumi bazar dinamikasını kütləvi seqment formalaşdırır.

Köhnə tikili (kirayə)

İndeks
100.0
Dəyişmə
0.0%
Median
10.0 AZN/m²
Rayonlar üzrə
Premium: Səbail (16–20 AZN/m²), Nəsimi (14–18 AZN/m²), Nərimanov (14–17 AZN/m²) | Orta-yüksək: Yasamal (13–16 AZN/m²), Xətai (12–15 AZN/m²), Binəqədi (11–14 AZN/m²) | Orta: Nizami (10–13 AZN/m²), Sabunçu (9–12 AZN/m²), Suraxanı (8–11 AZN/m²) | Aşağı: Abşeron (7–10 AZN/m²), Qaradağ (6–9 AZN/m²)
Təmir təsiri
Təmirli: 10.5–11 AZN/kv.m, Təmirsiz: 8–9 AZN/kv.m. Təmir faktoru qiymətə təxminən 15–20% təsir edir.
Mənzil kirayəsi bazarı mövsümi amillərdən uzaqdır və daha çox əmək bazarı, əhalinin gəlirləri və uzunmüddətli yaşayış ehtiyacları kimi fundamental faktorlarla formalaşır. Təmirli mənzillərdə median kirayə göstəricisi 10.5–11 AZN/m² olduğu halda, təmirsiz mənzillərdə bu göstərici 8–9 AZN/m² təşkil etmişdir. Təmir faktoru kirayə haqqına orta hesabla 15–20% əlavə dəyər yaradır.

Fərdi yaşayış (kirayə)

İndeks
166.7
Dəyişmə
+66.7%
Median
12.5 AZN/m²
Rayonlar üzrə
Premium Aktiv Zona: Xəzər rayonu (Mərdəkan, Şüvəlan, Bilgəh qəsəbələri) üzrə bağ evləri və villalar. Regionlarda kirayə qiymətləri daha sabit qalmışdır.
May ayından etibarən bağ evlərinə, villalara və qısamüddətli kirayə obyektlərinə tələb kəskin artmışdır. Xəzər rayonu üzrə Mərdəkan, Şüvəlan və Bilgəh qəsəbələrində yerləşən yüksək komfortlu villalar kirayə bazarında aktivlik nümayiş etdirərək ümumi median göstəricinin yüksəlməsinə ciddi təsir göstərmişdir. Ötən ilin dekabrı ilə müqayisədə bazarın strukturu regionlardan Bakı ətrafı premium zonalara doğru dəyişmişdir. Satış bazarı ilə müqayisədə kirayə bazarı daha yüksək volatilliyə malikdir.

Kommersiya (icarə)

İndeks
106.4
Dəyişmə
+6.4%
Median
16.2 AZN/m²
Rayonlar üzrə
Obyekt Tipləri: Ticarət (17–20 AZN/m²), Ofis (15–18 AZN/m²), Anbar (6–10 AZN/m²) | Rayonlar - Premium: Səbail, Nəsimi, Nərimanov (18–25 AZN/m²) | Orta-Yüksək: Yasamal, Xətai (15–20 AZN/m²) | Orta: Nizami, Binəqədi (12–16 AZN/m²) | Aşağı: Qaradağ, Suraxanı (8–12 AZN/m²)
Təmir təsiri
Ticarət obyektləri median: 17–20 AZN/m² (Mərkəzi küçələr bazarı yuxarı çəkir); Ofislər median: 15–18 AZN/m² (nisbətən stabil); Anbarlar median: 6–10 AZN/m² (aşağı likvidlik).
May ayında kommersiya daşınmaz əmlakının icarə bazarı mülayim artım tempini qoruyaraq aktiv inkişaf mərhələsində olmuşdur. Qiymət formalaşmasına təsir edən əsas amillərdən biri obyektin sahəsidir; kiçik sahəli obyektlər daha yüksək vahid qiymətə malikdir. Artımın əsas səbəbləri biznes aktivliyinin genişlənməsi, ticarət sahələrinə tələbin yüksəlməsi və mərkəzi şəhər zonalarında boş kommersiya sahələrinin məhdudlaşmasıdır.

Bu dövr üçün hələlik sənəd yüklənməyib

© 2026 AQP - Azərbaycan Qiymətləndiricilər Palatası

Məlumatlar AQP məlumat bazası əsasında hazırlanmışdır