Logo

AQP Hüquq və Etika Komissiyasının iclası keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Hüquq və Etika Komissiyasının növbəti iclası keçirilib. İclasda giriş nitqi ilə çıxış edən Palatanın sədri Nüsrət İbrahimov bildirib ki, qurumun əsas prioritetlərindən biri hüquqi müstəvidə tənzimləyici mexanizmlərin daha da gücləndirilməsidir. Sədr qeyd edib ki, etik davranış qaydalarına və Palatanın nizamnaməsinə ediləcək dəyişikliklər, eləcə də qiymətləndiricilərin peşə etikası normalarına ciddi riayət olunmasının təmin edilməsi əsas hədəflər sırasında yer alır. Nüsrət İbrahimov xüsusilə vurğulayıb ki, sahədə mövcud olan sui-istifadə hallarının qarşısının alınması, peşə fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılması istiqamətində sistemli addımların atılması zəruridir. İclas çərçivəsində komissiyanın üzvləri mövcud vəziyyətlə bağlı fikir və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı etik nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, normativ bazanın gücləndirilməsi və intizam prosedurlarının daha çevik və effektiv tətbiqi ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülüb. Sonda komissiyanın yeni tərkibinə dair məsələyə baxılıb və səsvermənin nəticəsinə əsasən Orxan Cəfərbəyli Hüquq və Etika Komissiyasının sədri seçilib. İclasın nəticələri Palata daxilində peşəkar etika standartlarının yüksəldilməsi və hüquqi intizamın gücləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib.

Fotolar