AQP rəsmisi Prezidentin təsis etdiyi yubiley medalına layiq görülüb

Azərbaycan Qiymətləndiricilər Palatasının İctimaiyyətlə əlaqələr və kommunikasiya şobəsinin rəhbəri Azər Niftiyev Cənab Prezident İlham Əliyevin fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatınin 150 illiyi" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

O, uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatındakı xidmətləri, eləcə də Azərbaycan milli mətbuatının inkişafına verdiyi töhfələrə görə bu yüksək rəsmi mükafata layiq görülüb.

Yubiley medalı Cənab Prezident İlham Əliyevin milli mətbuatın tarixi missiyasına, jurnalist əməyinə və medianın cəmiyyətin inkişafındakı mühüm roluna verdiyi yüksək qiymətin bariz ifadəsi olaraq, dövlət başçısının 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş müvafiq qanunvericilik dəyişiklikləri əsasında təsis edilib.

Prezidentin imzaladığı bu fərman Azərbaycan milli mətbuatının 150 illik şərəfli yoluna dövlət səviyyəsində göstərilən xüsusi diqqət və qayğının, söz və informasiya azadlığının inkişafına verilən mühüm töhfənin növbəti təzahürüdür.

Fotolar