Logo

AQP Rəyasət Heyətinin növbəti iclası keçirilib

İclası giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov Palatanın son dövrdə həyata keçirdiyi fəaliyyətlər barədə Rəyasət Heyətinin üzvlərinə ətraflı məlumat verib. O bildirib ki, AQP tərəfindən daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indekslərin hazırlanması istiqamətində işlər davam etdirilir. Qeyd olunub ki, bu indekslər bazar göstəricilərinin daha dəqiq müəyyənləşdirilməsinə mühüm töhfə verir.

Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub. İlk olaraq Palataya yeni üzvlərin qəbulu ilə bağlı müraciətlərə baxılıb. Təqdim olunan sənədlər və qanunvericiliyin tələbləri nəzərə alınaraq müvafiq namizədlərin AQP üzvlüyünə qəbulu barədə qərar qəbul edilib.

İclasda, həmçinin fəaliyyəti dayandırılmış qiymətləndiricilərin üzvlüyünün bərpası məsələsi də müzakirə olunub. Təqdim edilən müraciətlərə baxıldıqdan sonra müəyyən edilmiş tələblərə cavab verən şəxslərin üzvlüyünün bərpa edilməsi barədə qərar qəbul olunub.

Rəyasət Heyəti gündəliyin digər məsələsi olaraq tenderlər çərçivəsində tətbiq edilən QR/kod ödənişlərinin məbləği ilə bağlı müzakirələr aparıb. Müzakirələr zamanı mövcud vəziyyət və təkliflər dəyərləndirilib, məsələnin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

Toplantıda gündəlikdə nəzərdə tutulan digər təşkilati məsələlərə də baxılıb və aidiyyəti tapşırıqlar verilib.

Fotolar