Logo

AQP Rəyasət Heyətinin toplantısı keçirilib

Palatadan verilən məlumata görə, iclası giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov AQP-nin 2025-2030-cu illəri əhatə edən strateji fəaliyyət planı çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Sədr qeyd edib ki, Palata Ümumdünya Şəhərsalma Forumunda fəal iştirak edib. AQP sədri forumun panel sessiyasına spiker qismində qatılıb və digər aiddiyyatı dövlət rəsmiləri ilə bərabər kütləvi informasiya vasitələrində WUF13-un əhəmiyyətindən bəhs edən video-çarxda təəssüratlarını bölüşüb.

2026-cı il fəaliyyət planının icrası, Rəyasət Heyəti üzvlərinin Palatanın fəaliyyətində iştirakı, üzvlük qaydalarının təkmilləşdirilməsi, etik davranış qaydaları üzrə pozuntular, təlimlərin təşkili, Ekspertiza Şurasının formalaşdırılması və digər məsələlər müzakirə olunub.

Gündəlikdə duran məsələlərə dair müvafiq qərarlar qəbul edilib və icra mexanizmləri müəyyənləşdirilib. Palatanın fəaliyyətinin daha da təkmilləşdirilməsi və institusional inkişafın davam etdiriləcəyi vurğulanıb.

Fotolar