Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) Rəyasət Heyətinin növbəti toplantısı keçirilib.
Tədbiri giriş sözü ilə açan AQP sədri Nüsrət İbrahimov Palatanın fəaliyyəti barədə üzvləri məlumatlandırıb. Sədr qeyd edib ki, Palata qiymətləndirici təşkilatların fəaliyyətinin yüksəldilməsi, rəqəmsal inteqrasiya, QR kod sisteminə nəzarət, qiymətləndiricilərin peşəkar fəaliyyətinin artırılması, beynəlxalq əməkdaşlıq istiqamətində sistemli fəaliyyətini davam etdirir.
Rəyasət Heyəti daha iki qiymətləndiricini Palata üzvlüyünə qəbul edərək, müzakirəyə çıxarılan məsələlər ətrafında müvafiq qərarlar qəbul edib. İntizam Komissiyası sədrinin və Rəyasət Heyəti üzvlərinin fikirləri dinlənilib.