AQP Rəyasət Heyətinin yığıncağı keçirilib

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) Rəyasət Heyətinin iclası keçirilib. Toplantıda çıxış edən AQP sədri Nüsrət İbrahimov Palatanın gördüyü işlərlə bağlı məlumat verib.
Qeyd edib ki, AQP tərəfindən təqdim olunan indekslər ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb. Qarşıda duran hədəflərlə bağlı mövqeyini bölüşüb.
Toplantıda Palataya üzvlük üçün daxil olan müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Rəyasət Heyətinin üzvləri Palatanın fəaliyyəti ilə bağlı təkliflərini diqqətə çatdırıblar.