AQP sədri qiymətləndiricilərlə görüşüb

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədri Nüsrət İbrahimov Palatanın inzibati binasında bir qrup qiymətləndirici ilə görüş keçirib. Görüşdə Palatanın son dövrlərdə həyata keçirdiyi fəaliyyətlər, qiymətləndirmə ekosistemində mövcud vəziyyət, normativ-hüquqi yeniliklər və qarşıda duran prioritetlər müzakirə olunub.

Görüş zamanı sektorun şəffaflığının artırılması, peşəkar standartların təkmilləşdirilməsi, qiymətləndiricilərin davamlı təlim və sertifikasiya proseslərinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sədr bildirib ki, əməkdaşlığın genişləndirilməsi, Palata və sektor iştirakçıları arasında effektiv kommunikasiya mexanizmlərinin qurulması istiqamətində mühüm addımlar atılır.

Görüşdə qarşılıqlı təkliflər səsləndirilib və sektorun inkişafına yönəlik fəaliyyətlərin koordinasiyası ilə bağlı müzakirələr aparılıb.

Fotolar