Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

UNEC rektoru professor Ədalət Muradov və AQP sədri Nüsrət İbrahimovun imzaladığı memorandum tələbələr üçün yeni tədqiqat, təcrübə və karyera imkanları yaradır.

Tələbələr daşınmaz əmlak, biznes və qeyri-maddi aktivlərin qiymətləndirilməsi üzrə real tədqiqat layihələrində iştirak edəcəklər.

Magistrantlar üçün elmi-tədqiqat yönümlü təcrübə proqramları, tələbələr üçün isə AQP-nin üzv təşkilatlarında staj və istehsalat təcrübəsi təşkil olunacaq.

AQP-nin vakansiya və təcrübə proqramlarının təqdim olunduğu “Karyera günləri” keçiriləcək, AQP UNEC-in karyera sərgilərində iştirak edəcək.

UNEC və AQP qiymətləndirmə sahəsində elmi-metodiki vəsaitlərin hazırlanması, ekspertizası və peşəkar təlimlərin təşkili istiqamətində də əməkdaşlıq edəcəklər.

Memorandum çərçivəsində UNEC Ömürboyu Təhsil Mərkəzi ilə AQP-nın birgə peşəkar təlimlər keçməsi də nəzərdə tutulub.

Fotolar