Azərbaycan Qiymətləndiricilər Palatası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni ilin gəlişi münasibətilə bayram müraciəti yayıb

Müraciətdə deyilir:

Həm ölkə daxilində, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlı bu gün milli kimlik və dövlətimizin uğurlarını qeyd edir. Həmrəylik yalnız bir bayram deyil, xalqımızın bir-birinə dəstək göstərdiyi, gələcək uğurlara inamını ifadə etdiyi gündür.

Azərbaycanın iqtisadi, siyasi və sosial inkişafı bu birliyin gücü və dövlətimizin strateji liderliyi nəticəsində mümkün olub. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizin qlobal miqyasda nüfuzunu artıraraq, sosial-iqtisadi inkişafını sürətləndirib. Azərbaycanın uğurları müasir infrastruktur, investisiya mühiti və beynəlxalq əməkdaşlıqlarla daha da möhkəmlənir.

Azərbaycan Qiymətləndiricilər Palatası ölkəmizin iqtisadi stabilliyinə və şəffaflığına töhfəsini verməkdədir. Peşəkar qiymətləndiricilər əmlak və biznes dəyərinin obyektiv müəyyənləşdirilməsində, maliyyə risklərinin düzgün idarə olunmasında və iqtisadi qərarların düzgün alınmasında əvəzsiz rol oynayır.

Palata qiymətləndirmə sahəsinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə və peşəkarlığın artırılmasına yönəlmiş fəaliyyətini davam etdirir.

Peşəkar qiymətləndiricilər müasir iqtisadi bazarın formalaşmasına, dövlət strategiyalarının icrasına və investisiya mühitinin güclənməsinə etibarlı dəstəkdir.

2026-cı ildə Azərbaycan Qiymətləndiricilər Palatası əsas məqsədini dəyişməz saxlayaraq iqtisadi mühitin şəffaflığını artırmaq, peşəkarlığı yüksəldən və dövlətimizin inkişafına xidmət edəcək fəaliyyətini davam etdirəcək.

Əziz həmvətənlər, gələn ilimiz uğurlu və firavan olsun! Azərbaycanımız daha güclü, daha qüdrətli dövrünə qədəm qoyur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Zəfərlərimiz davamlı olsun!

Birliyimiz və dövlətçiliyimiz daim uca olsun!

Fotolar