Azərbaycan Qiymətləndiricilər Palatası yeni inzibati binaya köçüb

Azərbaycan Qiymətləndiricilər Palatası fəaliyyətini yeni inzibati binada davam etdirəcək. Palata paytaxtın mərkəzində yerləşən, daha əlverişli və müasir şəraitə malik yeni ofisinə köçüb.
Qurumun yeni inzibati binası Hüseyn Cavid prospekti 19 ünvanında yerləşir. Bununla da Palata əvvəlki Badamdar şossesi 27 ünvanındakı fəaliyyətini başa vuraraq yeni ünvanda xidmət göstərməyə başlayıb.
Yeni ofisin yerləşdiyi məkan həm şəhərin müxtəlif istiqamətlərindən rahat nəqliyyat əlçatanlığı, həm də işgüzar mühit baxımından daha əlverişli hesab olunur. Azərbaycan Qiymətləndiricilər Palatasının yeni inzibati binada fəaliyyətə başlaması qurumun institusional inkişafı, üzvlərlə əlaqələrin daha operativ təşkili və qiymətləndirmə sektorunda fəaliyyətin səmərəliliyinin artırılması baxımından mühüm addım kimi qiymətləndirilir.