Palatadan verilən məlumata görə, iclasda çıxış edən AQP sədri Nüsrət İbrahimov Palatanın indiyədək gördüyü işlər və əsas fəaliyyət istiqamətləri barədə Rəyasət Heyətini məlumatlandırıb. O bildirib ki, Azərbaycan Qiymətləndiricilər Palatası 2025–2030-cu illəri əhatə edən fəaliyyət planı üzrə işlərə artıq start verib.
Sədr çıxışında Palatanın rəqəmsal portalının istifadəyə verildiyini xatırladaraq, bu platformadan ciddi gözləntilərin olduğunu vurğulayıb. Qeyd edib ki, rəqəmsallaşma Palatanın fəaliyyətinin daha şəffaf və effektiv təşkilinə mühüm töhfə verəcək.
İclasda, həmçinin 10 yanvar tarixində keçiriləcək ümumi yığıncağa hazırlıq məsələləri müzakirə olunub. Ümumi yığıncağın sədarəti və gündəliyi təsdiq edilib.
İntizam Komissiyasına daxil olmuş müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.