Logo

Odlar Yurdu Universitetinin tələbələri AQP-də təcrübə keçəcəklər

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) təşəbbüsü ilə Odlar Yurdu Universitetinin 70-ə yaxın tələbəsi qiymətlətləndirici təşkilatlarda təcrübə keçəcəklər. Palatadan verilən məlumata görə, təcrübəçilər AQP tərəfindən müvafiq qiymətlıəndirici təşkilatlara yönəldiləcəklər. Bununla əlaqədar Palatanın inzibati binasında universitet tələbələri ilə görüş keçirilib. Tədbirdə çıxış edən AQP sədrinin müavini Ayan Qəmbərova və Palatanın İntizam Komissiyasının sədri Nahid Həsənov qiymətləndirmə fəaliyyətinin müasir iqtisadi münasibətlər sistemində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar qeyd ediblər ki, obyektiv və peşəkar qiymətləndirmə investisiya mühitinin inkişafına, bazar münasibətlərində şəffaflığın təmin olunmasına, mülkiyyət və biznes subyektləri arasında etimadın güclənməsinə mühüm töhfə verir. Görüş zamanı iştirakçılara qiymətləndirmə peşəsinin fəaliyyət istiqamətləri, bazarın tələbləri və sahənin inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Təcrübə proqramı çərçivəsində tələbələrin müxtəlif qiymətləndirici təşkilatlarda təcrübə keçməsi nəzərdə tutulur.

Fotolar