Logo

Qiymətləndiricilər üçün növbəti ixtisas imtahanı keçirilib

28 iyun 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçirilmiş ixtisas imtahanının nəticələri açıqlanıb. İmtahanda iştirak edən 256 namizəddən 119-u 9 qiymətləndirmə istiqaməti üzrə müəyyən edilmiş keçid tələblərini uğurla yerinə yetirərək müvafiq şəhadətnamə almaq hüququ qazanıb. Qeyd edək ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, ixtisas imtahanından müvəffəqiyyətlə keçmiş şəxslər qiymətləndirici kimi peşə fəaliyyətinə başlamaq üçün Azərbaycan Qiymətləndiricilər Palatasına (AQP) üzvlük üçün müraciət edirlər. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkə ərazisində peşəkar qiymətləndirmə fəaliyyəti yalnız Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan şəxslər tərəfindən həyata keçirilir. Palata ixtisas imtahanından uğurla keçmiş bütün namizədləri təbrik edir, onlara fəaliyyətində uğurlar arzu edir.

Fotolar