Logo

UNEC tələbələri AQP-də təcrübə proqramında - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 150-yə yaxın tələbəsi qiymətləndirmə sahəsində nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi məqsədilə Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) tərəfindən təşkil olunan təcrübə proqramında iştirak edib.

AQP-nin inzibati binasında keçirilən tədbirdə Palata sədrinin müavinləri Ayan Qəmbərova və Günay İsmayılqızı, eləcə də İntizam komissiyasının sədri Nahid Həsənov çıxış edərək qiymətləndirmə ekosisteminin iqtisadi dayanıqlılıq, investisiya mühitinin şəffaflığı və bazar münasibətlərinin tənzimlənməsi baxımından strateji əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi sahənin institusional əsaslarını gücləndirib, beynəlxalq standartlara uyğunlaşdırılmasına hüquqi zəmin yaradıb və yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılması ilə peşəkarlığın artırılması, vahid standartların tətbiqi, etik nəzarətin gücləndirilməsi və bazarda etibarlılığın yüksəldilməsi istiqamətində mühüm platforma formalaşıb.

Çıxışlarda həmçinin bildirilib ki, tələbələrin bu sahədə praktiki təcrübə qazanması gələcək kadr potensialının formalaşmasına və sektorun inkişafına xidmət edir. Bu çərçivədə Palata təcrübə proqramında iştirak edən tələbələri qiymətləndirici təşkilatlarda təcrübə keçməyə yönəldəcək. Sonda bildirilib ki, proqramın davamlı xarakter daşıması və universitetlə Palata arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Fotolar